Sumqayıtda azyaşlıya qarşı soyğunçuluq edilib


Sumqayıtda azyaşlıya qarşı soyğunçuluq edən şəxs saxlanılıb.

AFN.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt şəhər sakini olan bir nəfər azyaşlı övladına qarşı soyğunçuluq edilməsi ilə bağlı polisə müraciət edib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 44 yaşlı S.Rzayev saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxsin şəhər ərazisində yerləşən evlərdən birinin qarşısından velosiped oğurladığı da məlum olub.

Araşdırma aparılır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu