"JetBlue" təyyarəsi havada dronla toqquşub



Las-Veqasdan Nyu-Yorka gələn "JetBlue" Hava Yollarına məxsus sərnişin təyyarəsinin pilotu Con F. Kennedi Beynəlxalq Hava Limanına eniş üçün yaxınlaşdığı vaxt havada dronla toqquşduqlarını xəbər verib.

AFN.az xəbər verir ki, Federal Aviasiya Administrasiyasının yaydığı açıqlamaya görə, hadisə bazar ertəsi səhər yerli vaxtla saat 07:15 radələrində baş verib.

"Airbus A321" tipli təyyarə təxminən 3 min fut yüksəklikdə son eniş marşrutunda olarkən, kabinin düz üst hissəsinə pilotsuz uçuş aparatının çırpıldığı bildirilib.

Pilotun hava hərəkəti dispetçerlərinə vəziyyət barədə məlumat verməsindən sonra təyyarə hava limanına təhlükəsiz şəkildə eniş edib.

Enişdən sonra keçirilən texniki baxış zamanı təyyarədə hər hansı bir zədə və ya toqquşma izinə rast gəlinməyib.

Federal Aviasiya Administrasiyası təhlükəsizlik səbəbindən hava limanlarının yaxınlığında drondan istifadənin qadağan olduğunu xatırladaraq hadisə ilə bağlı araşdırmalara başlayıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu