Ukrayna büdcəsinə Dünya Bankından 3,35 milyard dollar daxil olub
İyulun 10-da Ukrayna dövlət büdcəsinə Dünya Bankından 3 milyard dollardan çox vəsait daxil olub.
AFN.az xəbər verir ki, bu barədə ölkənin Baş nazirinin müavini - iqtisadiyyat naziri Yuliya Sviridenko öz "Telegram" kanalında məlumat yayıb.
"Dünya Bankı ilə birgə həyata keçirilən iş yerlərinin inkişafı və özəl sektorun böyüməsi siyasətinin birinci proqramı çərçivəsində dövlət büdcəsinə 3,35 milyard dollar daxil olub", - deyə o bildirib. Sviridenkonun sözlərinə görə, bu vəsait makromaliyyə sabitliyinin qorunmasına və dövlət büdcəsinin prioritet xərclərinin maliyyələşdirilməsinə yönəldiləcək. O, maliyyələşmənin bir hissəsinin Böyük Britaniya və Yaponiya hökumətlərinin zəmanətləri ilə təmin olunduğunu qeyd edib.
Nazir, həmçinin əlavə edib ki, Ukrayna ilin sonuna qədər Dünya Bankından ikinci krediti də gözləyir: "Proqramın növbəti mərhələsi müəyyən şərtlər yerinə yetirildikdən sonra 2026-cı ilin sonunadək daha 1 milyard dolların cəlb edilməsini nəzərdə tutur".

