Hacıqabulda sərnişin avtobusu aşdı: 30-dan çox yaralı var - YENİLƏNİB
Hacıqabulda baş verən avtobus qəzasında xəsarət alan şəxslərin kimliyi məlum olub.
AFN.az "Report"a istinadən xəbər verir ki, qəzada Qurbanzadə Timur Yusif oğlu, 1989-cu il təvəllüdlü Qurbanova Vəfa Nəriman qızı, 2011-ci il təvəllüdlü Qurbanzadə Ayxan Yusif oğlu, 1968-ci il təvəllüdlü Kələşov Mahir İludul oğlu, 2003-cü il təvəllüdlü Məmmədov Rəşid Rəsul oğlu, 1965-ci il təvəllüdlü Əliyeva Sevil Abdulsalam qızı, 2004-cü il təvəllüdlü Osmanova Səbinə, 1967-ci il təvəllüdlü Vahabov Məmmədəli Mustafa oğlu, 1994-cü il təvəllüdlü Zabitli Nicat Habil oğlu, 1985-ci il təvəllüdlü Qurbanov Yusif Süleyman oğlu, 2008-ci il təvəllüdlü Kələşov Məhəmməd Mahir oğlu, 1999-cu il təvəllüdlü Həsənli sarxan Ruslan oğlu, 2003-cü il təvəllüdlü Danyal Zanutalski İbrahim oğlu, 1989-cu il təvəllüdlü Mikanayeva Fərəh Məmmədzahid qızı, 2004-cü il təvəllüdlü Osmanova Səbinə Paşa qızı, 2007-ci il təvəllüdlü Xəlilova Dəcilə Fəzail qızı, 1998-ci il təvəllüdlü Ömərov Nurlan Nadir oğlu, 1971-ci il təvəllüdlü Hasilova Zümrüd Məhəmməd qızı, 1965-ci il təvəllüdlü Məmmədov Ramazan Nazim oğlu, 2017-ci il təvəllüdlü Balayev Firuz Elvin oğlu və 2016-cı il təvəllüdlü Mikamayeva Nigar Orxan qızı xəsarət alıb.
Yaralılar hadisə yerindən təcili tibbi yardım briqadalarının köməyi ilə Şirvan və Hacıqabul rayon mərkəzi xəstəxanalarına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.
***
Hacıqabulda sərnişin avtobusunun aşması nəticəsində 30-dan çox sərnişin xəsarət alıb.
AFN.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Muğan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Zaqatala-Bakı marşrutu üzrə hərəkət edən iritutumlu rayonlararası sərnişin avtobusu aşıb.
Hadisə nəticəsində 30-dan çox sərnişin, o cümlədən uşaqlar xəsarət alıb.
Yaralılar Şirvan və Hacıqabul xəstəxanalarına çatdırılır.




