Konfrans Liqası: "Zirə" Gürcüstanda meydana çıxır


UEFA Konfrans Liqasında I təsnifat mərhələsinin cavab oyunları keçirilir.

AFN.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Zirə" də bu gün növbəti oyununa çıxacaq.

Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda səfərdə Gürcüstanın "Torpedo Kutaisi" kollektivi ilə qarşılaşacaq.

Sumqayıtda keçirilən ilk oyunda rəqibini 3:0 hesabı ilə darmadağın edən "qartallar" bu böyük üstünlüyünü qorumaqla növbəti mərhələyə anlamağa çalışacaq.

Kutaisidəki "Şengeliya Arena"da baş tutacaq qarşılaşmanı Macarıstandan olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, "Zirə" "Torpedo Kutaisi" səddini adlasa, növbəti mərhələdəki rəqibi "Heqelman" (Litva) - "Payde" (Estoniya) cütünün qalibi olacaq.

Konfrans Liqası
I təsnifat mərhələsi
Cavab oyunu

16 iyul
20.00 Torpedo (Gürcüstan) - Zirə
Hakimlər: Mihali Kapray, İstvan Albert, Bense Belitsa, Marsel Derdak (hamısı Macarıstan).
Kutaisi. "Ramaz Şengeliya Arena".
(İlk oyun - 0:3).




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu