Keçmiş iş yoldaşı tərəfindən döyülən qadın danışdı: Ağrıkəsicilərlə yaşayıram - VİDEO
Zoomağazada zorakılığa məruz qalan qadın hadisənin təfərrütları ilə bağlı danışıb.
AFN.az Xəzər TV-yə istinadən xəbər verir ki, həmin şəxs zərərçəkən Sevil Manafovanın keçmiş iş yoldaşı olub.
O qeyd edib ki, ötən ay aqressiv davranışlarına görə işdən azad edilən Zamiq Xəlilov Sevil Manafovanı təqib edərək onu dəfələrlə öldürəcəyi ilə hədələyib: “Keçən ayın 25-i aqressiv olduğuna görə onu işdən azad etdilər. Ayın 1-i iş yoldaşım dedi ki, səninlə aşağıya düşək. Gördüm həmin iş yoldaşım da gəlir, yanından keçdiyim zaman əl hərəkəti ilə məni hədələdi. Mən o insandan həmişə qorxmuşam. Öz hisslərimə inanaraq ondan uzaq gəzmişəm. Mənlə niyə ədavət apardığını bilmirəm”.
S.Manafova bildirib ki, iyulun 17-də heç bir şəxsi münaqişə yaşamadığı keçmiş iş yoldaşı tərəfindən şiddətə məruz qalıb.
Zərərçəkənin sözlərinə görə, günorta saatlarında paytaxt ərazisində yerləşən zoomağazaların birində ona şiddətli zərbələr endirərək döyüb: “Söyüş söydü. Dedim, polisə zəng edərəm. Telefonu götürdüyüm zaman mənə hücum çəkdi. Dəhşətli bir şey idi”.
O bildirib qeyd edib ki, zərbələrin təsirindən ciddi travmalar alıb: “Həmin gündən bu yana ancaq həkimlər gəzirəm. Bu insan mənə demişdi ki, səni doğrayacağam. Ağrıkəsicilərlə yaşayıram, bütün qabırğalarım əzilib”.
Xatırladaq ki, Z.Xəlilov barəsində Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmənin qərarına əsasən həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Daha ətraflı videomaterialda:



