İranda Fransanın iki diplomatı saxlanıldı


Fransanın iki diplomatı İran xüsusi xidmət orqanları tərəfindən saxlanılaraq dindirilib.

AFN.az xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro "X" sosial şəbəkəsində bildirib.

"Onlar heç bir əsas olmadan bir neçə saat saxlanılıb, dindirilib, birinə qarşı isə kobud rəftar olunub. Nəticədə diplomatiya əməkdaşları səfirliyə qayıda biliblər. Hazırda təhlükəsizlikdədirlər və yaxın saatlarda Fransaya qayıtmalarını gözləyirlər", — deyə nazir qeyd edib.

İyulun 19-da baş verən hadisəni diplomatik toxunulmazlığın pozulması və qorxutma aktı adlandıran Barro, saxlanılan əməkdaşların İranda vətəndaş cəmiyyətinə, xüsusən də alim və rəssamlara dəstək proqramlarını həyata keçirdiklərini bildirib. Nazir İran XİN rəhbərinə bu addımın cavabsız qalmayacağını bəyan etdiyini vurğulayıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu