"Limon turşusu"nun adminləri həbs olundu


Paytaxtın Səbail rayonu ərazisində ictimai qaydanı pozaraq vətəndaşların istirahətinə mane olan, onları narahat edən həvəskar çəkilişlər təşkil etməklə "Limon turşusu" adlı sosial media platformalarında paylaşan şəxslər polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıblar.

AFN.az xəbər verir ki, həmin şəxslər 2006-cı il təvəllüdlü Pərvanə Muxtarova, 1997-ci il təvəllüdlü Malik Bədəlov və 2002-ci il təvəllüdlü Cavid Ələkbərovdur.

Məhkəmənin qərarı ilə onların hər biri 8 sutka müddətinə inzibati qaydada həbs edilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu