Almaniya Baş Prokurorluğu "Şimal axını"nın partladılması ilə bağlı Ukrayna vətəndaşına ittiham irəli sürüb


Almaniya Baş Prokurorluğu "Şimal axını" qaz kəmərlərinin partladılması ilə bağlı Ukrayna vətəndaşına qarşı rəsmi ittiham irəli sürüb.

AFN.az xəbər verir ki, bu barədə Almaniya mediası istintaq materiallarına istinadən məlumat yayıb.

Bildirilir ki, Sergey K. kimi təqdim olunan təqsirləndirilən şəxs əvvəllər Ukrayna Silahlı Qüvvələrində xidmət edib və təxribatı törədən qrupa rəhbərlik etməkdə şübhəli bilinir. O, mülki energetika infrastrukturanı sıradan çıxarmaqda, partlayıcı maddələri işə salmaqda və qurğuları dağıtmaqda ittiham olunur ki, bu da beynəlxalq hüquqa əsasən müharibə cinayəti kimi tövsif edilə bilər.

İstintaqın versiyasına görə, hücum icarəyə götürülmüş "Andromeda" yelkənli yaxtasından həyata keçirilib. 2022-ci ilin sentyabrında Baltik dənizində kəmərlərə quraşdırılan partlayıcılar nəticəsində "Şimal axını 1" və "Şimal axını 2"nin dörd qolundan üçü zədələnib. Müttəhimə qarşı sübutlar arasında onun İtaliyada həbsdə olarkən apardığı telefon danışıqları və mobil telefonundakı materiallar yer alır.

Ümumilikdə təhqiqat çərçivəsində 7 şübhəli şəxs müəyyən edilib; onlardan birinin həlak olduğu bildirilir. Digər bir fiqurant Polşada saxlanılsa da, yerli məhkəmə onun Almaniyaya təhvil verilməsindən imtina edib. İttiham olunan şəxs və müdafiə tərəfi iddiaları rədd edir. Məhkəmə prosesi Hamburqda keçiriləcək.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu