Avstriyada həqiqi hərbi xidmət müddəti uzadılıb


Avstriyanın hakim koalisiyası məcburi hərbi xidmətin müddətinin faktiki olaraq 3 ay uzadılmasını nəzərdə tutan islahat barədə razılığa gəlib.

AFN.az xəbər verir ki, bu barədə ORF telekanalı Mütəqillik Şurasının Zalsburqdakı iclasının yekunlarına istinadən məlumat yayıb.

Yeni qaydalara əsasən, 2027-ci il yanvarın 1-dən etibarən çağırışçılar 6 aylıq əsas hərbi xidməti başa vurduqdan sonra əlavə 3 aylıq məcburi qoşun toplanışlarında iştirak etməli olacaqlar. Həmçinin hərbçilərin aylıq təminat ödənişinin 1 000 avroya qaldırılması və əlavə məzuniyyət günlərinin verilməsi nəzərdə tutulub.

İslahatlar alternativ mülki xidmətə də şamil ediləcək. 9 aylıq alternativ xidmət müddətinin ilk mərhələdə könüllü, 2028-ci ildən isə hərbi xidmət keçənlərin sayı hədəf göstəricidən az olarsa, məcburi qaydada 11 aya qədər artırılması planlaşdırılır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu