Zinəddin Zidan rəsmən Fransa millisinin baş məşqçisi təyin olundu
Fransa milli futbol komandasında Dide Deşamın gedişindən sonra boş qalan baş məşqçi postuna Zinəddin Zidan təyin edilib.
AFN.az xəbər verir ki, UEFA Millətlər Liqasının A Liqasında Azərbaycan millisinin rəqiblərindən olan Fransa yığmasının yeni baş məşqçisinin adına rəsmən aydınlıq gəlib.
FIFA 2026 Dünya Çempionatı başa çatdıqdan sonra Fransa millisində 14 il davam edən Dide Deşam dövrü rəsmən sona çatıb.
Deşamın gedişindən sonra yığmanın sükanı arxasına əfsanəvi futbolçu və məşqçi Zinəddin Zidan gətirilib.
Zinəddin Zidan Fransa millisinin baş məşqçisi kimi ilk rəsmi oyununa UEFA Millətlər Liqasının A Liqasında Türkiyə millisinə qarşı keçiriləcək qarşılaşmada çıxacaq.


