Polşa XİN: Ukrainaya qarşı heç bir ərazi iddiamız yoxdur
Polşanın Xarici İşlər Nazirliyi Varşavanın Ukrainadan hər hansı bir ərazini almaq niyyətində olmadığını bəyan edib.
AFN.az xəbər verir ki, bu barədə məlumat diplomatik qurumun rəsmi saytında yer alıb.
"Polşanın Ukrainaya qarşı heç vaxt ərazi iddiası olmayıb, yoxdur və olmayacaq", — deyə bəyanatda vurğulanır.
Qeyd edək ki, rəsmi Varşavanın bu açıqlaması Rusiya Prezidenti Vladimir Putinin Hərbi Dəniz Donanmasının hərbçiləri ilə görüşdə səsləndirdiyi fikirlərə cavab xarakteri daşıyır. Rusiya lideri Ukrainanın gec-tez əvvəllər Polşa, Macarıstan və Rumıniyaya məxsus olan qərb torpaqlarını itirəcəyini iddia etmişdi.
