Müavin idi, işdən çıxarılaraq müşavir təyin edildi


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədr müavini vəzifəsindən azad edilən Hüsnü Quliyevə yeni vəzifə verilib.

AFN.az Manset.az-a istinadən xəbər verir ki, AAYDA-nın yeni təyin olunan sədri Vüsal Nəsirlinin müvafiq əmri ilə Hüsnü Quliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədrinin müşaviri vəzifəsinə təyin edilib.

O, hazırda bu vəzifədə fəaliyyətini davam etdirir.

Qeyd edək ki, Hüsnü Quliyev Prezidentin sərəncamı ilə ötən ay Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədr müavini vəzifəsindən azad edilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu