Tusk Zelenski ilə HHM sahəsində əməkdaşlığı müzakirə edib


Polşanın Baş naziri Donald Tusk və Volodimir Zelenski Lyublində raket əleyhine müdafiə sahəsində işbirliyini müzakirə ediblər.

AFN.az xəbər verir ki, bu barədə Tusk görüşün yekunlarına dair "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Volodimir Zelenski Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla keçirilən danışıqların gedişi barədə mənə məlumat verdi. Biz həmçinin Polşanın Ukraynadakı investisiyalarını və antiballistik sahədə əməkdaşlığı müzakirə etdik", — deyə Tusk qeyd edib.

Təxminən bir saat davam edən görüşdən sonra mətbuat konfransı təşkil olunmayıb. Polşa mediasının məlumatına görə, tərəflər Varşavanın Tramp tərəfindən vəd edilmiş ABŞ lisenziyası əsasında Polşa ərazisində "Patriot" sistemləri üçün raket istehsalı təklifini nəzərdən keçirmiş ola bilərlər.

Yerli mətbuat vurğulayır ki, bu səfər iki ölkə arasında mayın sonunda baş verən böhrandan sonra Zelenskinin Polşaya ilk gəlişidir. Münasibətlərin gərginləşməsinə Zelenskinin Ukrayna Silahlı Qüvvələrinin bölmələrindən birinə "UPA qəhrəmanları" adını verməsi səbəb olmuşdu. Buna cavab olaraq Polşa Prezidenti Karol Navrotski Zelenskini ölkənin ali dövlət mükafatı olan "Ağ Qartal" ordenindən məhrum etmişdi.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu