American Airlines texniki nasazlığa görə uçuşları müvəqqəti dayandırdı



ABŞ-ın American Airlines aviaşirkəti texniki sistemlərində yaranan problem səbəbindən uçuşları qısa müddətə dayandırmaq məcburiyyətində qaldığını açıqlayıb.

AFN.az xəbər verir ki, aviaşirkətin X platformasındakı rəsmi hesabında yayılan açıqlamada, iyulun 28-i axşam saatlarında sistemlərin qısamüddətli texniki nasazlıqdan təsirləndiyi bildirilib.

Açıqlamada nasazlığın detalları açıqlanmasa da, problemin aradan qaldırılması prosesi davam etdiyi müddətdə uçuşların müvəqqəti dayandırıldığı qeyd olunub.

Bununla yanaşı, texniki qrupların nasazlığın aradan qaldırılması istiqamətində operativ şəkildə çalışdığı, sistemlərin qısa müddət ərzində yenidən fəaliyyətə başladığı və uçuşların bərpa edildiyi bildirilib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu