Lənkəran Mərkəzi Xəstəxananın direktoru işdən çıxarıldı


Lənkəran Rayon Mərkəzi Xəstəxananın direktoru işdən çıxarılıb.

AFN.az xəbər verir ki, direktor Nuridə Məmmədova öz istəyi ilə tutduğu vəzifəsindən azad olunub. 

O, 2017–2021-ci illərdə Lənkəran Regional Onkoloji Xəstəxanasının baş həkimi, 2022–2025-ci illərdə Lənkəran RMX Regional Perinatal Mərkəzin rəhbəri, 2025-ci ildə isə cərrahi işlər üzrə direktor müavini vəzifəsində fəaliyyət göstərib.

Qeyd edək ki, N. Məmmədova 2025-ci ilin avqust ayından Lənkəran RMX PHŞ-nin direktoru vəzifəsinə təyin olunub. Onun işdən uzaqlaşması ilə bağlı ərizəsini təqdim etməsinə səbəb kimi yaşayış yerini dəyişməsi göstərilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu