"Dinamo" matçından öncə Qurban Qurbanovdan maraqlı açıqlamalar
"Vacib səfərə çıxırıq. Çox yaxşı komandaya qarşı oynayacağıq. Nəticəsindən asılı olmayaraq maraqlı oyun olacaq. Yaxşı nəticə üçün gedirik. Yaxşı hazırlaşmışıq".
AFN.az xəbər verir ki, bu sözləri "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda "Dinamo” (Kiyev) ilə səfərdə keçiriləcək qarşılaşmadan öncə keçirilən mətbuat konfransında deyib.
Mütəxəssis oyunöncəsi hazırlıqları belə dəyərləndirib:
"Dəyişikliklər gözlənilir. Ola bilər ki, bu oyunda da Sefas heyətdə yer alacaq. Məni narahat edən rəqib yox, özümüzük. Bu, həmişə belə olub. Komandada bəzi narahatlıqlar var. Futbolçuların bəziləri proqramı tam başa vura bilməyib. Bəzilərində mikro zədələr var. Belə rəqiblərə qarşı çox oynamışıq. Çempionlar Liqasının qruplarında çıxış edən bir çox komandalar bizim kimi çempionatda öz səviyyələrini qoruyub saxlaya bilmədilər. Çempionlar Liqasında vəziyyət tamam başqadır".


