"Laçın" Ticarət Mərkəzində lifti təmir edən usta yıxılıb öldü


“Laçın” ticarət mərkəzində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

AFN.az xəbər verir ki, avqustun 5-i saat 12 radələrində Qara Qarayev prospekti 105-də yerləşən ticarət mərkəzində lift ustası 1962-ci il təvəllüdlü Namiq Balaməmməd oğlu Məmmədov lifti təmir edərkən yıxılıb.

Xəstəxanaya yerləşdirilmiş N.Məmmədov saat 17 radələrində orada ölüb.

Faktla bağlı araşdırma aparılır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu