Tramp: Qanunsuz miqrasiyanın qarşısını aldıq



ABŞ Prezidenti Donald Tramp ölkəyə qanunsuz miqrant axınının dayandırıldığını iddia edərək, cinayət törədən sənədsiz miqrantların deportasiyasının davam etdiriləcəyini bildirib.

AFN.az xəbər verir ki, Tramp Las-Veqas şəhərində keçirilən tədbirdə çıxışı zamanı tez-tez tənqid olunan miqrasiya siyasətini müdafiə edib.

O bildirib ki, vəzifəyə gəldikdən qısa müddət sonra qanunsuz miqrantların ölkəyə girişinin qarşısını alıb. Tramp "30 gün ərzində milyonlarla insanın ölkəmizi işğal etməsinin qarşısını aldım. Təsəvvür edin, ölkəmiz işğal olunurdu. Cənub sərhədimizdən 25 milyon insan ölkəmizə gəlirdi" deyib.

ABŞ Prezidenti son 15 ay ərzində ölkəyə bir nəfər də olsun qanunsuz miqrantın daxil olmadığını iddia edib.

Tramp qeyd edib ki, administrasiyası miqrant cinayətləri bəlasını aradan qaldırmaq üçün fəaliyyət göstərir.

O çıxışı zamanı İspaniyada baş verdiyini iddia etdiyi hadisələrə də toxunaraq "Keçən həftə İspaniyada baş verənləri gördünüz. 60 mindən çox miqrant sərhədə axışdı, bir şəhəri ələ keçirdi, günahsız insanlara hücum etdi və küçələrdə talanlar törətdi. Kommunistlərin Amerika üçün istədiyi də budur" deyə bildirib.

Tramp həmçinin ABŞ-ın İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinin (ICE) həyata keçirdiyi saxlanılma və deportasiya əməliyyatlarını müdafiə edərək, "Biz hər zaman hüquq-mühafizə orqanlarımızın yanında olacağıq", - deyə vurğulayıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu