Seutada 1300-dən çox azyaşlı miqrant qalıb


İspaniyanın Seuta muxtar şəhərinin ərazisində valideyn müşayiəti olmadan ən azı 1 342 azyaşlı qanunsuz miqrant var.

AFN.az xəbər verir ki, bu barədə İspaniyanın Uşaq və Gənclər Məsələləri üzrə naziri Sira Reqo məlumat verib.

Nazir bildirib ki, hökumət bəzi uşaqların ölkənin materik hissəsinə köçürülməsini planlaşdırır və hər kəsin qayğısına qalınacaq. "Vəziyyət son dərəcə mürəkkəb idi, lakin hazırda nəzarət altına alınır", – deyə "El País" qəzeti nazirin sözlərini sitat gətirir.

İyulun sonlarında on minlərlə qanunsuz miqrant Seutaya daxil ola bilib. İspaniya tərəfinin məlumatına görə, sərhədi keçən miqrantların sayı 50 mindən 60 minə qədər təşkil edib. Mərakeş DİN-in məlumatına əsasən isə Seutaya doğru 40 minə yaxın, Melilyaya doğru isə 1,1 mindən çox insan qanunsuz keçid etməyə cəhd göstərib.

Daha əvvəl "Cadena SER" radiostansiyası İspaniya kəşfiyyat xidmətlərinə istinadən xəbər vermişdi ki, kütləvi miqrant axınının təşkilatçıları avqustun 15-dək Seutaya yeni qanunsuz miqrant dalğası təşkil etməyə cəhd göstərə bilərlər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu