Hindistanın Assam əyalətində daşqınlar nəticəsində ölənlərin sayı 100-ə çatıb



Hindistanın şimal-şərqində yerləşən Assam əyalətində güclü yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayı 100-ə yüksəlib. 

AFN.az xəbər verir ki, Hindistan mətbuatında yayılan xəbərlərə görə, Assam Əyaləti Fəlakətlərin İdarə Edilməsi İdarəsinin (ASDMA) açıqlamasında əyalət üzrə daşqınlarda son 24 saat ərzində daha 2 nəfərin həyatını itirdiyi bildirilib.

Beləliklə, əyalətdə daşqınlar nəticəsində həyatını itirənlərin sayı 100-ə çatıb.

Assam əyalətinin baş naziri Himanta Biswa Sarma X platformasında verdiyi açıqlamada əyalətin 25 rayonunda 1,1 milyondan çox insanın daşqınlardan zərər çəkdiyini bildirib.

Güclü yağışlar və daşqınların əyalətin infrastrukturuna da böyük ziyan vurduğu, əyalət üzrə 16 min 951 hektar kənd təsərrüfatı ərazisinin su altında qaldığı bildirilmişdi.

Cənubi Asiyada iyun-sentyabr aylarında təsirli olan musson yağışları Hindistan və Pakistan başda olmaqla region ölkələrində hər il böyükmiqyaslı təbii fəlakətlərə və qəzalara səbəb olur.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu