Hindistanın şimal-şərqindəki daşqınlarda ölənlərin sayı 78-ə çatdı



Hindistanın şimal-şərqində yerləşən Assam ştatında baş verən daşqınlar nəticəsində həyatını itirənlərin sayı 78 nəfərə yüksəlib.

AFN.az xəbər verir ki, Assam Ştatı Fəlakətlərin İdarə Olunması Agentliyi (ASDMA) bölgədəki daşqınlarla bağlı son vəziyyət barədə məlumat yayıb.

Qurumun açıqlamasında daha 3 nəfərin cəsədinin tapıldığı, bununla da daşqınlar nəticəsində ölənlərin sayının 78-ə çatdığı bildirilib.

Açıqlamada qeyd olunub ki, axtarış-xilasetmə və humanitar yardım işləri fəlakətdən zərər çəkmiş əhaliyə dəstək göstərmək məqsədilə fasiləsiz davam etdirilir.

Assam ştatının baş naziri Himanta Bisva Sarma bildirib ki, təbii fəlakət nəticəsində 1,1 milyondan çox insan zərər görüb, 8 nəfər isə hələ də itkin düşmüş hesab olunur.

Onun sözlərinə görə, bölgədə hazırda təxminən 1718 yardım mərkəzi fəaliyyət göstərir.

Hindistan Meteorologiya Departamenti qarşıdakı 3-4 gün ərzində Assamın müxtəlif bölgələrində güclü və çox güclü yağışların gözlənildiyini açıqlayıb.

Rəsmilər əhalini ehtiyatlı olmağa, güclü yağışlar zamanı zəruri olmayan səfərlərdən çəkinməyə çağırıblar.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu