Suriya məhkəməsindən Əsəd və ailə üzvlərinə ölüm hökmü



Suriya məhkəməsi ölkədən qaçan Bəşər Əsəd, qardaşı Mahir Əsəd və Əsədin əmisi oğlu Nəcib Atıfa ölüm hökmü çıxarıb.

AFN.az xəbər verir ki, Dəməşq Dördüncü Cinayət Məhkəməsində Bəşər Əsəd, Mahir Əsəd və Əsədin əmisi oğlu Atıfın da aralarında olduğu təqsirləndirilən şəxslərin məhkəməsində qərar açıqlanıb.

Suriya üzrə 2011-ci ildə ölkə daxilində başlayan etirazların ilk dövründə Dəradakı təhlükəsizlik əməliyyatlarında rol aldığı bildirilən keçmiş məmur Atıf Nəcib və aralarında devrilmiş lider Bəşşar Əsədin qardaşı Mahir Əsədin də olduğu 7 qaçaq təqsirləndirilən şəxs ölüm hökmünə məhkum edilib.

Məhkəmə sədri hakim Fəxrəddin Aryan araşdırmalar və şahid ifadələrinin Atıf Nəcibin Suriyada etirazların başlamasından sonra Dərada bəzi saxlanılan şəxslərin dindirilməsində iştirak etdiyini ortaya qoyduğunu bildirib.

Nəcibin 2011-ci ildə Dəradakı mülki şəxslərə qarşı təhlükəsizlik əməliyyatına rəhbərlik etdiyini bildirən Aryan, məhkəmədə hazır olan Nəcibi təqsirli bildiyini və onun barəsində ölüm hökmü çıxarıldığını açıqlayıb.

Suriya rəsmi xəbər agentliyi SANA-nın yaydığı qərar mətninə görə, məhkəmə həmçinin qaçaq təqsirləndirilən şəxslər devrilmiş lider Bəşşar Əsəd, qardaşı Mahir Əsəd, Fəhd Casım əl-Fureyc, Məhəmməd Əymən Uyuş, Lüey Əli əl-Əli, Qusay İbrahim Məhiyub, Vəfiq Salih Nasir və Talal Faris əl-Asimini “qəsdən və əvvəlcədən planlaşdırılmış şəkildə adam öldürmə”“ölümlə nəticələnən işgəncə” cinayətlərində təqsirli bilərək ölüm hökmünə məhkum edib.

Təqsirləndirilən şəxslərin sözügedən cinayətlərə görə məsuliyyətlərinin araşdırmalar və şahid ifadələri çərçivəsində qiymətləndirildiyi bildirilib.

Əsədin əmisi oğlu Atıf Nəcib istisna olmaqla, digər təqsirləndirilən şəxslərin hamısı qaçqın vəziyyətindədir. Bəşşar Əsəd və qardaşı Mahir Əsəd 2024-cü ilin dekabrında baş verən inqilab zamanı xaricə qaçıblar. Suriya qanunlarına əsasən, məhkəmə tərəfindən təqsirli bilinən şəxslərə ölüm hökmü verilə bilər.

Lakin Suriyada 2024-cü ilin dekabrında baş verən inqilabdan sonra başlayan yeni dövrdə indiyədək heç bir ölüm hökmü icra edilməyib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu