"Trendyol" qadın voleybolçular arasında "CEV EuroVolley 2026 Women Avropa" çempionatının titul sponsorudur


Avropa Voleybol Konfederasiyası (CEV) ilə Trendyol arasında imzalanmış müqaviləyə əsasən, 21 avqust tarixində start götürəcək “CEV EuroVolley 2026” qadın voleybolçular arasında Avropa çempionatı rəsmi olaraq “CEV Trendyol EuroVolley 2026 Women” (CEV Trendyol EuroVolley 2026 qadın voleybolçular arasında Avropa çempionatı) adlandırılacaq. 

2022-ci ildən etibarən Türkiyənin milli voleybol komandalarının baş sponsoru olan Trendyol qitənin milli komandalar arasında keçirilən ən böyük turnirinə dəstəyini titul sponsoru kimi genişləndirir. Turnir Türkiyə, Çexiya, Azərbaycan və İsveçdə keçiriləcək. Trendyol həmçinin İstanbulda keçiriləcək oyunlar çərçivəsində azarkeşlər üçün nəzərdə tutulmuş xüsusi təşəbbüslər vasitəsilə texnologiya və idmanı bir araya gətirəcək.

Dünyanın aparıcı e-ticarət platformalarından biri olan Trendyol “CEV EuroVolley 2026” qadın voleybolçular arasında Avropa çempionatının titul sponsoru olub. Çempionat rəsmi olaraq “CEV Trendyol EuroVolley 2026 Women” adlandırılacaq. 2009-cu ildən bu günə qədər ilk dəfə baş tutan titul sponsorluğu Türkiyə, Çexiya, Azərbaycan və İsveçdə keçiriləcək bütün turniri əhatə edəcək.

“Bu tərəfdaşlıq əsas yarışlarımızın artan populyarlığını bir daha nümayiş etdirir. Turnirə ev sahibliyi edən dörd ölkədə möhtəşəm voleybol bayramının keçirilməsi üçün bizim və yerli təşkilatçıların səylərinə qoşulmağa hazır olduğuna görə ‘’Trendyol’’a təşəkkürümüzü bildiririk. Turnirə maraq hər gün artır və əminəm ki, biz birlikdə ‘’EuroVolley’’in və qadın voleybolunun nüfuzunu növbəti səviyyəyə yüksəldə biləcəyik”- deyə CEV-in prezidenti Roko Sikiriç bildirib.

‘’“CEV Trendyol EuroVolley 2026 Women’’ turnirinə titul sponsorluğumuz vasitəsilə Türkiyə voleyboluna uzun illərdir göstərdiyimiz dəstəyi beynəlxalq səviyyəyə çıxarırıq. Türkiyənin bu möhtəşəm yarışa ev sahibliyi etdiyi bir vaxtda milli komandamızın və Türkiyə voleybolunun yanında olacağıq, eyni zamanda texnologiya və idmanı bir araya gətirərək azarkeşlərə turnirin həyəcanını yaşamaq üçün yeni imkanlar təqdim edəcəyik” - deyə Trendyol Qrupunun prezidenti Çağlayan Çetin bildirib.

Texnologiya və idman bir arada

Qrup mərhələsindən finala qədər ümumilikdə 25 oyun İstanbulda keçiriləcək. Çempionat boyunca müxtəlif ölkələrin milli komandaları, federasiya nümayəndələri və voleybol azarkeşləri şəhərdə bir araya gələcək. Yarımfinallar və final da İstanbulda keçiriləcəyindən, Bosfor sahilində yerləşən şəhər qadın voleybolunun Avropadakı mərkəzinə çevriləcək.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu