Bağlarda təhlükəli vəziyyət: Fermerlər çıxış yolu axtarırlar - VİDEO


Astara rayonunda təxminən 4 500 hektar ərazini əhatə edən sitrus bağlarında yaranan problem fermerləri ciddi narahat edir.

AFN.az xəbər verir ki, fermerlərin sözlərinə görə, aprel ayından etibarən ağaclarda "Avstraliya" və "Kaliforniya" yastıcalarına rast gəlinir.

Onlar zərərvericilərin sitrus ağaclarına ciddi ziyan vuracağından və nəticədə məhsuldarlığın azalacağından narahatdırlar.

Fermerlər yaranmış problemin aradan qaldırılması üçün çıxış yolları axtarır və aidiyyəti qurumlardan dəstək gözləyirlər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu