60 yaşlı qadın qəzada öldü
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AFN.az xəbər verir ki, hadisə Sabunçu qəsəbəsi Şəhər şosesində qeydə alınıb.
1992-ci il təvəllüdlü Cəlilov Elvin Tofiq oğlu idarə etdiyi “Mercedes E 200” markalı avtomobillə “Red Oil” yanacaqdoldurma məntəqəsinin yanında, üzü şəhər istiqamətində hərəkətdə olarkən yolu keçməyə çalışan Nağıyeva Mehriban Bəşir qızını vurub.
Nəticədə, 1966-cı il təvəllüdlü piyada aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb, istintaq aparılır.



