"Təmiz Şəhər"in yığılmış zərəri 250 milyon manata yaxınlaşır


Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsində olan "Təmiz Şəhər" ASC 2025-ci ili 5,666 milyon manat xalis zərərlə başa vurub.

AFN.az "Report"a istinadən xəbər verir ki, səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən yayılan məlumata görə, bu göstərici 2024-cü illə müqayisədə 3,4 dəfə çoxdur. 

Son nəticədə qurumun yığılmış zərəri bir il əvvələ nisbətən 2,3% artaraq 249,185 milyon manata çatıb.

Bu il yanvarın 1-nə "Təmiz Şəhər"in aktivləri 47,45 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 22% azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 16,2% artaraq 5,675 milyon manata çatıb, balans kapitalı isə 25,4% azalaraq 41,775 milyon manata düşüb.

Xatırladaq ki, "Təmiz Şəhər" Prezident İlham Əliyevin "Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında" 6 avqust 2008-ci il tarixli sərəncamı ilə yaradılıb. Nizamnamə kapitalı 9,15 milyon manat olan şirkət Bakıda bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi sistemini müasir standartlara uyğun mütəşəkkil şəkildə qurmaqla və idarə etməklə şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması işlərini həyata keçirir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu