ABŞ Energetika Nazirliyi: Venesuelada neft hasilatı 1,5 milyon bareli keçəcək
Venesuelada neft hasilatı 2027-ci ilin birinci yarısında gündə 1,5 milyon bareli keçə bilər.
AFN.az xəbər verir ki, bu barədə ABŞ-ın energetika naziri Kris Rayt CNBC telekanalına müsahibəsində bildirib.
"Düşünürəm ki, gələn ilin birinci yarısında Venesuelada hasilat gündəlik 1,5 milyon barel səviyyəsini əhəmiyyətli dərəcədə üstələyəcək", - deyə Rayt qeyd edib.
ABŞ Energetika Nazirliyinin rəhbəri, həmçinin Vaşinqtonun "Betancourt" şirkətini "Venesuelada səlahiyyətli operator" kimi nəzərdən keçirdiyini bəyan edib.




