“Qalatasaray” azərbaycanlı futbolçu ilə iki illik müqavilə bağladı


"Qalatasaray" azərbaycanlı gənc futbolçu ilə 2 illik müqavilə bağlayıb.

AFN.az xəbər verir ki, 17 yaşlı müdafiəçi Can Hacıyev karyerasını Türkiyənin "Qalatasaray" klubunda davam etdirəcək. Gənc futbolçu İstanbul təmsilçisi ilə müqavilə imzalayıb. Razılaşmaya əsasən, Hacıyev qarşıdakı iki mövsümdə "Qalatasaray"ın U-19 komandasında çıxış edəcək. Komanda bu müddətdə UEFA Gənclər Liqasında da mübarizə aparacaq.

Can Hacıyev ötən mövsümü İsveçrənin "Sion" klubunun akademiyasında keçirib. 1,87 metr boya malik müdafiəçi həm sağ cinahda, həm də mərkəzdə oynamaq imkanına sahibdir. Qeyd edək ki, gənc futbolçuya Türkiyə və Qazaxıstanın futbol federasiyalarından da maraq olub. Hər iki ölkənin onu milli komandalarında oynatmaq istədiyi bildirilir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu