Bakıda IRONMAN yarışı ilə bağlı bu yollar bağlanacaq


Bakıda bu gün "Alufar IRONMAN 70.3 Baku" beynəlxalq triatlon yarışı keçiriləcək.

AFN.az xəbər verir ki, bununla əlaqədar paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq olunacaq.

Məhdudiyyətlər sentyabrın 4-də saat 21:00-dan mərhələli şəkildə başlayıb və bu gün saat 16:00-dək davam edəcək. Yarışın əsas mərhələsi saat 05:00-dan 14:30-dək nəzərdə tutulub.

Bakı-Ələt avtomobil yolunun Lökbatan dairəsi istiqamətində 14-cü kilometrindən şəhər mərkəzinə doğru, "Sheraton Baku Intourist" hotelinin qarşısındakı dairəyədək hərəkət məhdudlaşdırılacaq.

Sürücülər alternativ olaraq Bakı-Ələt yolunun Lökbatan–Bayıl istiqamətindən istifadə edə bilərlər. Eyni zamanda bəzi istiqamətlərdə ictimai nəqliyyat üçün ayrıca hərəkət zolağı təşkil olunacaq.

Yarışla əlaqədar 13 müntəzəm avtobus marşrutunun hərəkət sxemi də müvəqqəti dəyişdiriləcək.

Qeyd edək ki, yarışda 62 ölkədən 1500-dən çox iştirakçının iştirakı gözlənilir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu