“Sabah" daha bir futbolçu transfer etdi


"Sabah" heyətinə daha bir futbolçu qatıb.

AFN.az-ın xəbərinə görə, bu barədə klub məlumat yayıb.

Braziliyalı hücumçu Karlos Eduardo Portuqaliyanın "Jil Visente" klubundan 1 illik icarəyə götürülüb.

İcarə müqaviləsində "Sabah"ın 24 yaşlı oyunçunun transfer hüquqlarını əldə etməsi üçün satınalma şərti də nəzərdə tutulub.

O, karyerası ərzində Braziliyanın "Bruske" (2020), Portuqaliyanın "Nasional" (U-19, 2020-2021), "Maritimu"nun B və əsas komandalarında (2021-2024), həmçinin "Felqeyraş"da (2024-2025) çıxış edib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu