Çindən ABŞ-a "Huawei" xəbərdarlığı: “Şirkətlərimizin hüquqlarını qoruyacağıq”


Çin ABŞ-da texnologiya şirkəti "Huawei"yə qarşı başladılan məhkəmə prosesini ölkənin Çin şirkətlərinə təzyiq siyasətinin bir hissəsi hesab edir.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qo Çzyakunun Nyu-Yorkda "Huawei" ilə bağlı başlayan məhkəmə araşdırmasını şərh edərkən deyib.

Diplomat bildirib ki, Pekin ABŞ-ın Çin şirkətlərinə qarşı təzyiq və məhdudlaşdırma siyasətini qəti şəkildə qəbul etmir.

"Çin hökuməti ABŞ tərəfindən Çin müəssisələrinə qarşı təzyiq göstərilməsinə və onların fəaliyyətinin məhdudlaşdırılmasına qəti etiraz edir. Biz Çin şirkətlərinin qanuni və hüquqi maraqlarını qorumasını qətiyyətlə dəstəkləyirik", - deyə Qo Çzyakun bildirib.

"Huawei"yə qarşı məhkəmə prosesi sentyabrın 9-da Nyu-Yorkdakı federal məhkəmədə başlayıb.

İş üzrə çıxış edən prokuror Çin şirkətini ABŞ şirkətlərinin texnologiyalarını oğurlamaqda ittiham edərək onu "cinayətkar müəssisə" adlandırıb.

Məhkəmə prosesində "Huawei"yə qarşı irəli sürülən ittihamların əsasını şirkətin ABŞ-dakı texnologiya və kommersiya fəaliyyətləri ilə bağlı iddialar təşkil edir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu