Universitetlər 3 illik təhsil sisteminə keçir?


Milli Məclisdə universitetlərdə 3 illik təhsil sisteminə keçilməsi müzakirə olunur.

AFN.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin iclasında komitə sədrinin müavini Fariz İsmayılzadə bildirib.

“Bu yaxınlarda ilk dəfə olaraq ABŞ-də universitetlərdən biri 3 illik ali təhsil sisteminə keçib. Bu, Amerika cəmiyyəti üçün inqilabi dəyişiklikdir. Çünki bilirik ki, Avropa universitetləri 3 illik bakalavr sisteminə çoxdan keçiblər. Amma ABŞ 4 illik bakalavr sistemini davam etdirirdi. Artıq ABŞ də bu istiqaməti düşünməyə başlayıb. Çünki bazarın tələbi dəyişir. Təhsil əlçatan olmalıdır, amma çox ölkələrdə xərclər artır. Düşünürəm ki, dünyada baş verən trendləri nəzərə alaraq, bizdə də ali təhsil haqqında qanuna yenidən baxmağa ehtiyac var. Bu istiqamətdə həm də ictimai dinləmə keçirmək olar”, – deyə deputat qeyd edib.

Deputat Ceyhun Məmmədov isə magistratura təhsilinin müddətinin 1 il olmasını təklif edib:

“Hər il Azərbaycanda bəzən 4 min, bəzən daha çox magistraturada boş yerlərimiz qalır. Bunun əsas səbəblərindən biri gənclərin 2 il oxumaq istəməməsi ilə bağlıdır. Bu müddət uzundur”, – parlamentari əlavə edib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu