İsmail Kartal “Fənərbaxça”dan getdi


"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal komandanı tərk edib.

AFN.az xəbər verir ki, Türkiyə mətbuatının yaydığı məlumata görə, mütəxəssis klub prezidenti Əziz Yıldırımın istefa qərarından vaz keçməsi ilə bağlı təkidlərinə baxmayaraq, mövqeyini dəyişməyib.

Kartal Çempionlar Liqasının əsas mərhələsində "Roma" ilə 1:1 hesablı heç-heçə başa çatan oyundan sonra keçirilən mətbuat konfransında istefa verdiyini açıqlayıb. O, qərarından geri dönməyəcəyini də bildirib.

Klub rəhbərliyi istefanı qəbul etməsə də, İsmail Kartal bu gün komandanın məşqində iştirak etməyib. Onu qərarından daşındırmaq üçün futbol direktoru Oğuz Çetin və rəhbərliyin nümayəndəsi Cihan Kamer mütəxəssisin evinə gediblər. Lakin tərəflər arasında gərgin keçdiyi bildirilən görüşdən sonra da Kartal qərarının dəyişməz olduğunu vurğulayıb.

Bildirilir ki, sentyabrın 14-də Türkiyə Super Liqasında "Gaziantep FK" ilə keçiriləcək qarşılaşmada "Fənərbaxça"nı baş məşqçi funksiyasını köməkçi məşqçi Dirk Kuytın yerinə yetirməsi gözlənilir.

Qeyd edək ki, İsmail Kartal 2026-cı ilin iyununda dördüncü dəfə "Fənərbaxça"nın baş məşqçisi təyin edilmişdi. Onun rəhbərliyi altında İstanbul təmsilçisi 2008/09 mövsümündən sonra ilk dəfə Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanmışdı.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu