Sinqapurda “doomscrolling”lə mübarizə üçün kitab oxuyanlara pul veriləcək
Sinqapur “doomscrolling” (mənfi xəbər axınına qapılaraq fasiləsiz izləmə) vərdişi ilə mübarizə məqsədilə vətəndaşlara gündə ən azı 15 dəqiqə kitab oxumaları müqabilində pul ödəməyə başlayıb.
AFN.az xəbər verir ki, bu ay tətbiq edilən oyunlaşdırılmış strategiya ilə Sinqapur sakinlərinin konsentrasiya, tənqidi düşüncə və təxəyyül qabiliyyətlərinin inkişaf etdirilməsi hədəflənir.
Proqram çərçivəsində oxucular hökumətin internet saytında hər gün ən azı 15 dəqiqəlik oxu sessiyasını qeyd etdikdə 1 Sinqapur dolları qazana bilirlər.
Milli Kitabxana Şurasının rəhbəri Melissa Tam vərdişlərin kiçik və əlçatan addımlarla formalaşdığını bildirərək yüzlərlə başlığın daim qarşıya çıxdığı bir dünyada sadə hədəflə yola çıxdıqlarını deyib.
Hökumət həmçinin gənclərin sosial mediadan daha az zərər görməsi üçün gündəlik istifadə müddətinə məhdudiyyət qoyulması kimi variantları nəzərdən keçirir.
Digər tərəfdən, Sinqapurda 15 yaşlı şagirdlərin 2025-ci il Beynəlxalq Şagird Qiymətləndirmə Proqramında (PISA) oxu sahəsində dünya sıralamasında ilk pillədə yer aldığı bildirilir.

