Əhdiman və dostu sərbəst buraxıldı


Sosial şəbəkələrdə pornoqrafik xarakterli videomateriallar yaymaqda şübhəli bilinən Əhdiman Osmanov və tanışı Həsən Əliyev istintaq müddətində polisin nəzarəti altında qalmaqla sərbəst buraxılıblar.

AFN.az “Unikal”a istinadən xəbər verir ki, hər iki şəxs sərbəst buraxılsalar da, cinayət işi üzrə araşdırma davam etdirilir.

Qeyd edək ki, Əhdiman Osmanov, eləcə də tanışı Həsən Əliyev barəsində Cinayət Məcəlləsinin 242-ci (Pornoqrafik materialları və ya əşyaları yayma və ya reklam məqsədilə qanunsuz hazırlama, reklam etmə, habelə pornoqrafik xarakterli nəşrlər, kino və ya videomateriallar, şəkillər və sair əşyalar ilə qanunsuz ticarət) maddəsi ilə cinayət işi başlanılıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu