Afra Saraçoğlu Türkiyədə narkotik istintaqı çərçivəsində saxlanılıb


Türkiyədə narkotiklərlə bağlı aparılan istintaq çərçivəsində məşhur aktrisa Afra Saraçoğlu da saxlanılıb.

AFN.az xəbər verir ki, Türkiyə KİV-in yaydığı məlumata görə, istintaq çərçivəsində idman jurnalisti Yağız Sabuncuoğlu da saxlanılan şəxslər arasındadır.

Qeyd edək ki, bundan əvvəl Türkiyədə daha 18 məşhur şəxs barəsində saxlanılma qərarı verilib. Onlardan 15-i saxlanılıb. Saxlanılanlar arasında Aras Bulut İynemli, Sefo, Melis Sezen, Nilperi Şahinkaya, Hande Demir, Hasan Şaş, Melis İşiten, Yeliz Yeşilçimen, Anıl Durmuş, Hazal Filiz Küçükköse, Volkan Akçıray, Zeynep Akçıray, Eda Güzelcik, Sezer Çakır və Sayat Zurnacı kimi məşhur şəxslər var.

Xatırladaq ki, Türkiyədə ötən ildən etibarən narkotiklərlə bağlı keçirilən əməliyyatlar zamanı bir sıra tanınmış şəxslər saxlanılıb. Onların bir qismi daha sonra sərbəst buraxılıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu