Anar Ələkbərov Pəncəli Teymurovun qardaşı oğlunun toyunda iştirak edib - FOTOLAR


Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov Astarada Milli Qəhrəman Pəncəli Tevmurovun ailəsində qonaq olub, onun qardaşı Elbrus Teymurovun oğlunun xeyir işində iştirak edib.

Bununla bağlı Anar Ələkbərov sosial şəbəkə hesabında paylaşım edib.

“Bəzi ünvanlar var ki, ora hər gəlişində təsviredilməz hisslər keçirirsən. Yenidən Azərbaycanın Milli Qəhrəmanı Pəncəli Teymurovun anası Vahimə ananın qonağı olduq. Var olsun, belə qəhrəmanlar yetişdirən, analar! Allah bütün șəhidlərimizə rəhmət eləsin. Onların əziz xatirəsi daim qəlbimizdə yaşayacaq”, deyə Prezidentin köməkçisi qeyd edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu