Kanada ilə Fransa müdafiə və kosmik infrastrukturu birgə istifadə edəcək


Kanada və Fransa müdafiə və kosmik qurumların istifadəsində olan infrastrukturun birgə inkişaf etdirilməsi və istifadəsi barədə razılığa gəlib.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Kanadanın Baş naziri Mark Karni Fransa Prezidenti Emmanuel Makronla birgə çıxışı zamanı deyib. Karni bildirib ki, keçirilən məsləhətləşmələrin yekunlarına əsasən, iki ölkə bir sıra əsas istiqamətlərdə əməkdaşlığı gücləndirmək qərarına gəlib. Onun sözlərinə görə, kosmik qurumlara və müdafiə nazirliklərinə buraxılış sistemləri və qəbul kompleksləri də daxil olmaqla, ümumi infrastrukturun inkişaf etdirilməsi və birgə istifadəsi tapşırılıb.

Kanada Baş naziri söhbətin konkret hansı obyektlərdən getdiyini açıqlamayıb. “Bu gün suverenlik yalnız özümüzü ərzaq, yanacaq və müdafiə ilə təmin etməkdən daha geniş anlayışdır. Bunun üçün süni intellektə, kosmosa, yarımkeçiricilərə, mühüm faydalı qazıntılara və təmiz enerjiyə çıxış tələb olunur”, – deyə Karni qeyd edib.

Qeyd edək ki, bundan əvvəl Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Kanadaya Avropa İttifaqının assosiativ üzvü statusunun verilməsi üzərində işə başlanmasını təklif edib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu