Rövşən Lənkəranskinin yaxın adamı Türkiyədə saxlanıldı


Mərhum qanuni oğru Rövşən Lənkəranskinin yaxın adamı Türkiyədə saxlanılıb.

Türkiyə mediasının məlumatına görə, Muğla polisi axtarışda olan şəxslərə qarşı əməliyyat keçirib.

Əməliyyat zamanı Rusiya tərəfindən “Thieves in Law” cinayət qruplaşmasının üzvü və “Janiyev” adlı cinayət təşkilatı ilə əlaqəli olduğu müəyyən edilən Azərbaycan vətəndaşı E.A. saxlanılıb.

Məlumata görə, E.A. barəsində G-26 məhdudiyyət kodu da tətbiq edilib.

Polisin keçirdiyi əməliyyat nəticəsində Marmarisdə saxlanılan E.A.-nın polis idarəsində istintaq və digər prosessual prosedurları davam etdirilir.

Qeyd edək ki, “Rövşən Lənkəranski” kimi tanınan Rövşən Rafiq oğlu Canıyev “Janiyev” soyadı və onun rəhbərlik etdiyi və ya formalaşdırdığı kriminal şəbəkə - “Canıyev qruplaşması” ilə əlaqələndirilir.

Qaynarinfo




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu