Nazirlik yüksək vəzifəli məmurun ölüm səbəbini açıqladı




Naftalan şəhər gənclər və idman idarəsinin rəisi Aslanov Rövşən Miriş oğlunun ölüm səbəbini açıqlanıb.

Azərbaycan Gənclər və İdman Nazirliyindən Anews.az-a verilən xəbərə görə, idarə rəisi yanvarın 9-da qəflətən ürəktutmasından vəfat edib.

Bildirilib ki, 49 yaşlı Rövşən Aslanov, 20 ildən artıq Naftalan şəhər gənclər və idman idarəsinin rəisi vəzifəsində işləyib. İşlədiyi müddət ərzində vəzifə borcunu daim layiqincə yerinə yetirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu