Azərbaycan Venesuelaya yarım milyard dollar kredit verib?




Sosial şəbəkələrdə Azərbaycanın guya Venesuelaya 500 milyon ABŞ dolları məbləğində kredit verməsi barədə məlumatlar yayılıb.



Məsələn, Feysbuk sosial şəbəkəsinin aktiv iştirakçıları qeyd edirlər ki, bu Latın Amerikası ölkəsində siyasi proseslər səbəbi ilə həmin "borcun" geri qaytarılması imkansız olacaq.

Maliyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mais Piriyev bu xəbərləri "Turan" Agentliyinə şərh edərkən deyib ki, Azərbaycanın Venesuelaya 500 milyon dollar dövlət borcu verməsi barədə iddialar "əsassızdır və təxəyyül məhsuludur".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu