ASCO-da dalğıcların istifadə etdiyi havanın tərkibinin yoxlanılması üçün əməli tədbirlər görülür




“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) bütün sahələrdə çalışan işçilərlə bərabər, dalğıcların da təhlükəsizliyi və sağlamlığının təmin edilməsi məqsədi ilə ciddi tədbirlər həyata keçirilir.



Dalğıcların sağlamlığına mənfi təsir göstərən amillərdən biri də dalğıc işləri zamanı nəfəs alınan qaz qarışığında karbon qazının parsial təzyiqinin artmasıdır. Suya dalma zamanı dalğıcların bu mənfi təsirli amillərlə üzləşməməsi üçün onların istifadə etdikləri dalğıc tənəffüs aparatı balonlarına kompressordan vurulan havanın tərkibi mütəmadi olaraq yoxlanılmalıdır.

Zərurət yarandığından bu cür analizlərin aparılması üçün ASCO tərəfindən Almaniya istehsalı olan “Drager Aerotest 5000” cihazı alınıb. Eyni zamanda Türkiyədən bu sahə üzrə dəvət olunmuş mütəxəssislər Xəzər Dəniz Neft Donanmasının aidiyyəti işçiləri ilə “Kompressordan çıxan havanın “Drager Aerotest 5000” cihazı ilə analizi” adlı nəzəri və praktiki təlimlər keçiriblər. Təlim iştirakçılarına xüsusi sertifikatlar verilib.








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu