Gömrükdə nələr baş verir?- “O pul maşınını da özləri idarə edir”




“İş adamları arasında gəzən söhbətdir. Bakı gömrüyündə xaricdən gətirilən malların rəsmiləşdirilməsi aparılarkən qəribə hadisə baş verir. Deyirlər ki, adam mallarını təqdim edir, heç bir problemsiz ona müvafiq sənəd tərtib edilir və avtomata ödəniş etməsi üçün göndərilir.



O, ödənişi etmək istərkən maşın nəyinsə səhv olduğunu deyir və adam da geri dönüb durumu məmura bildirir. Məmur da baxır, deyir ki, bəs, səhv hesablamışıq. Təzədən hesablayır, sənəd tərtib edir. Bu dəfə məbləğ, örnək üçün 3 min (təbii ki, başqa məbləğlər də olur) dollar artmış olur. Və ödənişi etməkdə problem də yaranmır”. Bu sözləri Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət bildirib.

O həmçinin əlavə edib ki, indi “pis” adamlar iddia edir ki, bu yolla, əslində rüşvət alınır: “Çox güman ki, əvvəl tərtib edilmiş sənəd kitaba tikilir, sonrakı sənədlə pul alınır. Aradakı fərq kiminsə cibinə gedir. O pul maşınını da özləri idarə edir, müdaxilə etmək çətin deyil.

Düşünürəm ki, hörmətli Səfər Mehdiyev bu durumu araşdırmaqda maraqlı olmalıdır. Görünür, həmin idarədə köhnə rüşvətxorlardan qalanlar var. Həm də bu söhbət çox geniş yayılıb deyirlər…”



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu