Qapalı məkanda kamandan oxatma üzrə Azərbaycan çemponatı keçirilib
Hövsan Olimpiya Kompleksində Qapalı məkanda Kamandan Oxatma üzrə Azərbaycan Çemponatı keçirilib. Yarışda 40-dan çox kamandan oxatma ustası bacarığını nümayiş etdirib.[b][/b]
Kişilərin yarışında Roman Mengelov çempion olub, 2-ci yeri Zaur Qəhrəmanov, 3-cü yeri isə Cavidan İsmayılov tutub. Qadınların mübarizəsində isə Yaylagül Ramazanova qızıl medal qazanıb, Leyla Fazilova gümüş, Suqra İbadova bürünc mükafatla kifayətlənib.
Gənclərin turnirində Əhməd Hüseynov və Ozay Qasımova, yeniyetmələrin yarışında isə Əli Süleymanov və Sona İbrahimova birinciliyin qalibi olublar. Qeyd edək ki, mükafatçılar yığma komandaların heyətinə cəlb olunacaq.
Kamandan Oxatma idmanı Olimpiya İdman növləri sırasına daxildir. Bu idman sahəsi ölkəmizdə “AS Qrup İnvestment” şirkətinin sponsorluğu ilə inkişaf edir.