Dövlət qulluqçularının əməyinin ödənilməsi sistemi ilə bağlı qanun layihəsi işlənir




Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli Sərəncamı ilə ayrı-ayrı dövlət orqanlarının nümayəndələrindən ibarət olmaqla yaradılmış Əməyin ödənişi və dayanıqlı sosial ödənişlər sisteminin formalaşdırılması üzrə İşçi qrupun iclası olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən AFN-ə verilən məlumata görə, İşçi qrupun sədri, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli vurğulayıb ki, Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2019-cu il tarixli Sərəncamı ilə martın 1-dən minimum aylıq əmək haqqının məbləğinin yaşayış minimumu səviyyəsinə (180 manat) çatdırılması mühüm sosial müdafiə tədbiridir. Minimum əməkhaqqının artımı ilə əlaqədar aylıq tarif (vəzifə) maaşları da artırılaraq tənzimlənməlidir.

“Dövlət qulluqçularının əməyinin ödənilməsi sistemi haqqında” qanun layihəsindən bəhs edən M.Kərimli diqqətə çatdırıb ki, bu layihə dövlət qulluqçularının əməyinin ödəniş sisteminin yeni yanaşmalar əsasında təkmilləşdirilməsi məqsədini daşıyır. Qanun dövlət qulluğunun xüsusi növü istisna olunmaqla, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən dövlət qulluğunda qulluq keçən dövlət qulluqçularının əməyinin ödənilməsinin qaydalarını, şərtlərini və məbləğlərini müəyyən edəcək. Dövlət qulluqçularının əməyinin ödənilməsi sistemi ilə bağlı layihə hazırda rəy və təkliflər əsasında təkmilləşdirilir.

Sonra “Dövlət qulluqçularının əməyinin ödənilməsi sistemi haqqında” qanun layihəsinin məqsədi, əhatə dairəsi, əməyin ödənilməsi sisteminin tətbiqi və əməyin ödənilməsi sisteminin strukturu barədə ətraflı məlumat verilib.

İşçi Qrupunun iclasında minimum aylıq əməkhaqqının artırılması ilə əlaqədar dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan və əmək haqları Vahid Tarif Cədvəli ilə tənzimlənən işçilərin aylıq tarif (vəzifə) maaşlarının artırılaraq tənzimlənməsi və yeni qanun layihəsinin təkmilləşdirilməsi barədə məsələlər müzakirə olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu