Azərbaycana yaz gəldi
Azərbaycanda bahar fəsli başlayıb.
Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, yaz fəsli Azərbaycana martın 21-də Bakı vaxtı ilə saat 01:58-də daxil olub.
Günəş ekliptika üzrə hərəkət edərək cənub yarımkürəsindən şimal yarımkürəsinə keçib və həmin andan şimal yarımkürəsində yaz fəsli başlayıb.
Qeyd edək ki, iyunun 21-də saat 19:54-də yay, sentyabrın 23-də 11:50-də payız, dekabrın 22-də 08:19-da isə qış fəsli ölkəyə qədəm qoyacaq.