STP-nin Metaləritmə zavodunda baş vermiş hadisə barədə açıqlama




22 mart, 2019-cu il tarixdə səhər saatlarında Sumqayıt Texnologiyalar Parkının Metaləritmə zavodunda bədbəxt hadisə baş verib. Poladəritmə zamanı qaynar metal ərintisi təzyiqlə sıçrayaraq qazanın ətrafında olan 4 işçiyə xəsarət yetirib. Zərərçəkənlərdən biri sıçrama yerinə yaxın olduğu üçün xəsarəti ağır olub və daha sonra martın 26-sında xəstəxanada dünyasını dəyişib. Digər üç nəfərin vəziyyəti normaldır və onlardan biri artıq işə çıxır.



Hadisə ilə bağlı aidiyyəti dövlət qurumları araşdırma aparır. Araşdırma başa çatdıqdan sonra hadisənin səbəbləri barədə dəqiq məlumat veriləcək.

Qeyd edək ki, işçilər bayram vaxtı əmək məcəlləsinə uyğun olaraq qanun çərçivəsində növbəli iş rejimində çalışıblar. Əməkdaşların hər biri icbari siğorta olunublar. Bununla yanaşı, şirkətimiz xəsarət alanların və dünyasını dəyişən əməkdaşımızın bütün xərclərini qarşılayıb, bundan sonra da lazımı dəstək göstəriləcək.

Rəhmətə gedən əməkdaşımız Minyaz Seyidəliyevin yaxınlarına bir daha baş sağlığı verir, xəsarət almış Mürşüd Məmmədov, Vüqar Cəlilov və Ceyhun Qaraşova Allahdan şəfa diləyirik.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu