Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Diasporla İş üzrə Dövlət Komitəsində olub
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin yeni rəhbəri Vladimir Qjorjiyev və nümayəndəliyin layihə koordinatoru Huayun Kim Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb.
Komitədən AFN-ə verilən məlumatda bildirilir ki, V.Qjorjiyev Azərbaycana ilk dəfə gəldiyini, ölkəmizi tanımağa başladığını deyib. Komitə sədri onu yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib, fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə əməkdaşlıq imkanları müzakirə edilib, yeni layihələr barədə təkliflər səslənib.