Şəhərin mərkəzində hər an partlayış ola bilər: "İST PETROL"A GÖRƏ YÜZLƏRLƏ İNSANIN HƏYATI TƏHLÜKƏDƏDİR




Bu gün yanacaqdoldurma məntəqələrinin fəaliyyəti sürücüləri qane etmir. Düzdür, paytaxtın az qala hər nöqtəsində yanacaqdoldurma məntəqəsinə rast gəlmək mümkündür. Əslində "zapravka”ların çoxluğu sürücülərin işini asanlaşdırır. Lakin bəzi "zapravka”lar vətəndaşlara problemlər yaradır. Belə ki, redaksiyamıza ən çox şikayət "İST Petrol” yanacaqdoldurma məntəqəsiylə bağlı daxil olur. Sözügedən yanacaqdoldurma məntəqələri əsasən əhalinin sıx məskunlaşdığı ərazilərdə yerləşir. Təəssüf ki, dəfələrlə mediada bu barədə yazılsa da, aidiyyəti qurumlar heç bir tədbir görmürlər. Əfsus ki, bu cür ərazilərdə yerləşən yanacaqdoldurma məntəqələrinin sayı günü-gündən çoxalır.



Bir sıra məmurların və iş adamlarının pula hərisliyi vətəndaşlarda daima təəssüf hissi yaradır."İST Petrol”unqanunvericiliyin tələblərini pozması onu göstərir ki, yanacaqdoldurma məntəqəsinin arxasında güclü bir adam dayanıb. Ona görə də "zapravka”nın fəaliyyətində heç bir dönüş yoxdur. Bu barədə 7NEWS.az "gundelik-baku"ya istinadən xəbər verir.

Qeyd edək ki, lisenziyanın tələbinə görə yanacaqdoldurma məntəqələrini və avtomobillərə yol xidməti stansiyalarını tikib istifadəyə vermək istəyənlər onun yerini seçərkən mütləq müvafiq araşdırmalar aparmalıdırlar. Həmin məntəqələri yolkənarı sahələrdə, zonalarda mailliyi 40%-dən çox olmayan yol kənarında salmaq, planda radiusu 1000 metrdən çox, uzununa profildə radiusu 10000 metrdən yuxarı olan qabarıq əyrilərdə, dəmiryol keçidlərindən 250 metrdən, körpü keçidlərindən 1000 metrdən yaxın olmayan yerlərdə, hündürlüyü 2 metrdən yuxarı olmayan tökmə torpaq sahələrində yerləşdirmək təhlükəsizlik baxımından məqsədə müvafiqdir. Yeraltı maye yanacaq saxlama çənləri olan yanacaqdoldurma məntəqələrinin məktəbəqədər uşaq müəssisələrindən, stasionar müalicə müəssisələrindən, yaşayış, ictimai bina və qurğuların divarlarından ən azı 50 metr məsafədə tikilib-quraşdırılması tövsiyə olunur.Bu məsafə yanacaqpaylama kolonkalarından və yeraltı maye yanacaq saxlama çənlərindən hesablanmalıdır. Gərginlik və ya digər parametrlərdən asılı olmayaraq yüksək gərginlikli elektrik hava xətlərinin yanacaqdoldurma məntəqələrinin üzərindən keçməsi qadağandır.

Təəssüf ki, "İST Petrol”yanacaqdoldurma məntəqəsində qanunun tələbləri kobud şəkildə pozulur. Sözügedən yanacaqdoldurma məntəqəsində qadağalara məhəl qoyan yoxdur. Belə ki, yanacaqdoldurma məntəqələri elə yerlərdə tikilməlidir ki, insanların həyatı üçün təhlükə mənbəyi olmasın. Bu məntəqələr bağçaların, məktəblərin, xəstəxanaların, yaşayış yerlərinin, binaların, dükanların, parkların yaxınlığında tikilməməlidir. Bundan başqa, təhlükəsizliyin təmin olunması məqsədilə yanacaqdoldurma məntəqələri, həmçinin yeraltı və yerüstü magistral qaz kəmərlərindən müəyyən məsafədə aralı olmalıdır. Ancaq bu gün fəaliyyət göstərən "İST Petrol” yanacaqdoldurma məntəqəsi bu tələblərə riayət etmir qanunvericiliyin tələblərini kobud şəkildə pozur.

"İST Petrol”da hər hansı fövqaladə hal olsa prosesə sıxlıq baxımından müdaxilə mümkünsüz olacaqdır. Bundan başqa az qala binaların həyətində tikilər petrol hadisə vaxtı yüzlərlə insanın həyatına son qoya bilər.

Məlumat üçün qeyd edək ki, hazırda paytaxt ərazisində üç yerdə – Tbilisi prospektində, Zooparkın yaxınlığında və Əhmədli qəsəbəsində "İST Petrol” yanacaqdoldurma stansiyaları fəaliyyətdədir. Lakin daxil olan şikayətlər əsasən Tbilisi prospektində yerləşən "İST Petrol” yanacaqdoldurma məntəqəsindəndir.

Məlumatda qeyd olunur ki, "İST Petrol”un sahibləri Seymur-Teymur qardaşlarıdır. Bu qardaşların petroldan başqa biznesləri də var. Biznes adı altında bu şəxslər bu günə qədər bir neçə sahibkarı müflis edərək intihar həddinə çatdırıblar. Bu barədə biz ötən günlərdə geniş yazı dərc etmişdik.

Məsələ burasındadır ki, 12 saylı Notariusun saxtakarlığı ilə "İST Petrol" Seymur-Teymur qardaşları sahibkarları intihar həddinə çatdırıblar. Onların adından danışan, hərəkət edən, ahibkarları tora salanAYAZ NƏZƏROV isə bu "tamaşanın" əsas aktyorlarındandır.

Məhz Ayaz Nəzərovun maliyyə maxinasiyalarına görə Teymur-Seymur qardaşlarının adı növbıti dəfə mediada hallanmağa başladı.

Artıq bununla bağlı ölkənin bütün hüquq-mühavizə orqanları hərəkətə keçməlidir. Saytımızda dərc olunan əvvəlki yazılarda isə bunun səbəblərini dərc etmişdik.YAZININ qısa məzmununu təqdim edirik: "Məsələ burasındadır ki, xaricdə təhsil almış bir gənc uğurlu biznes layihə hazırlayır, dostlarına, yaxınlarına təqdim edir. Hər kəs bu layihəni dəstəkləyir və gənc sahibkar isə işə başlayır. Allaz Group MMC-ni təsis edən Vüqar İmamverdiyev Şabayev Teymur Razim ogluna məxsus qeyri-yaşayış sahəsini 20 min manata icarəyə götürür. Təsəvvür edin ki, 5 illik böyük bir ərazini icarəyə götürürsən, hər ay 20 min verirsən, bütövlükdə 150 min manatdan çox xərc qoyursan, 1 il sonra sənin möhürünü oğurlayıb, müqavilənə notariusda qanunsuz xitam edib səni küçəyə atırlar. Üstəlik Ayaz Nəzərov adlı şəxsin sualı isə təpədən-dırnağa qədər cinayət məsuliyyətidir: "EŞİTMİŞƏM AİLƏLİSƏN, BİR OĞLUN DA VAR, GET AİLƏNİN YANINA, AĞILLI OL…”

Artıq hər şeyi itirdiyini 100 mindən çox borcunun olduğunu deyən Vüqar İmamverdiyev yeganə ümid yerinin Prezident İlham Əliyev olduğunu dedi. V.İmamverdiyev belə bir mütəşəkkil cinayətkar dəstənin ölkədəki sahibkarlıq mühitinə böyük zərbə vurduğunu, özündən başqa bir neçə şəxsi "tora” saldığını deyib.”

Mövzunu davam etdirəcəyik.

Mənbə: 7NEWS.az



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu